Güləşçilərimizdən daha bir medal

02:18 16 Sentyabr 2019

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən güləşçi Rafiq Hüseynov gümüş medal qazanıb. 

 

Azərbaycan Güləş Federasiyasından Sportarena.az-a verilən məlumatına görə, 82 kq çəki dərəcəsində yer alan Hüseynov finalda gürcüstanlı Laşa Qobadzeyə məğlub olub - 3:5.

 

Daha əvvəl yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti