“Qarabağ”dan iki rekord

Sportarena.az      16 Sentyabr 2018, 14:01

“Qarabağ” iki rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, son Azərbaycan çempionu Premyer Liqanın 4-cü turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edərək ardıcıl 12-ci qələbəsini qazanıb. Ötən mövsümün son 8 matçında xal itirməyən ağdamlılar cari mövsümdə daha 4 görüşdə qalib gəlib.

 

Sonuncu dəfə martın 9-da “Zirə” ilə oyunda xal itkisi ilə (0:0) üzləşən Qurban Qurbanovun komandası bununla da klub tarixinin rekorduna imza atıb. Bunadək “Qarabağ”ın Azərbaycan çempionatlarındakı ən uzun qələbə seriyası 11-ə bərabər idi. Bu, 2016-cı ilin mart-may aylarında qeydə alınmışdı.

 

Ağdam klubu startda ardıcıl 4-cü quruhesablı qələbəsini qazanıb. Əyalət təmsilçisi tarixində ilk dəfə mövsümün əvvəlində qol buraxmadan dörd oyunu itkisiz başa vurub. “Qarabağ” bunadək üç dəfə çempionatın ilk dörd turunda qələbə seriyasına imza atsa da, hər dəfə ən azı 1 qol buraxıb. İki mövsümdə startda üç quru hesablı qələbəsi olan komandanın seriyası IV turda qırılıb.

 

Qeyd edək ki, məğlubiyyətsiz oyunlarının sayını 24-ə çatdıran “Qarabağ” klub tarixinin rekord seriyasını davam etdirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin