“Qarabağ” – “Sevilya” matçı üçün ukraynalılar

17:04 16 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyununun hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, UEFA qarşılaşmaya ukraynalı hakimlər briqadasını göndərir.Oyunu Yevgeni Aranovski idarə edəcək. Ona Semyon Şlonçak və İqor Alyoxin kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Yaroslav Kozik yerinə yetirəcək.Hakimlərin işinə bosniya və herseqovinalı hakim-inspektor Elmir Pilav qiymət verəcək. Matçın UEFA nümayəndəsi Boris Stankov (Bolqarıstan) olacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti