Mahir Emrelinin evini qarət edənlər saxlanıldı - FOTOLAR

Sportarena.az      18 Sentyabr 2018, 10:49

Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar.

 

Sportarena.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilən 2003-cü il təvəllüdlü Nicat Vəliyev və əvvəllər məhkum olunmayan 2005-ci il təvəllüdlü Anar Mahmudov tutulublar. 

 

Faktla bağlı Binəqədi RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələrilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması, vətəndaşa dəyən maddi ziyanın ödənilməsi üçün üçün istintaq hərəkətləri davam etdirilir. Şübhəli şəxslərin digər talama cinayətlərində iştirakı istisna edilmir. Şübhəli şəxslərin əməllərindən zərər çəkən varsa, polisə məlumat vermələri tövsiyyə olunur.

 

Xatırladaq ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin