Mbappenin transferi üçün rekord məbləğ

Sportarena.az      19 Sentyabr 2018, 09:38

İspaniyanın “Real” futbol klubu Fransanın PSJ komandasının hücumçusu Kilian Mbappenin transferi üçün rekord məbləğ ödəmək niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, bu barədə “TASS” “El Chiringuito TV” telekanalına istinadən yazıb.İspanlar 20 yaşlı Fransa forvardını 275 milyon avroya almaq istəyir. İlkin məlumatlara görə, Mbappe yeni komandanın tərkibində ilə 35 milyon avro qazanacaq. Mükafat ödənişlərinin məbləği isə 5 milyon avro təşkil edəcək.  

 

Qeyd edək ki, bundan əvvəlki transfer rekordunun məbləği 222 milyon avro təşkil edib. Bunu PSJ İspaniyanın “Barselona” futbol klubunun oyunçusu Neymara görə ödəyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin