Ronaldodan sərt sözlər: "İnsanlar axmaqdı və çox danışmağı sevirlər"

17:03 22 Sentyabr 2019

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında bu həftə "Atletiko”ya qarşı keçirilən matda (2:2) madridli azarkeşlərə göstərdiyi jest haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, epizodlardan birində portuqaliyalı ulduz onu bütün matç boyu fitə basan "Atletiko”lu fanatlara bir neçə dəfə barmaqlarını açıb-bağlamaqla cavab verib.

 

İtaliya A Seriyasının "Verona" ilə oyunundan sonra "Sky Sport İtalia”ya danışan Ronaldo həmin hərəkəti ilə bağlı bunları deyib: "İnsanlar axmaqdı və çox danışmağı sevirlər. Vəssəlam. Hələlik deyəcəklərim bunlardı".


Digər xəbərlər

Xəbər xətti