Şərif Şərifov çempion ola bilmədi

08:59 23 Sentyabr 2019

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatının sonuncu qarşılaşması baş tutub.

 

Sportarena.az xəbər verir ki, 97 kiloqram çəki dərəcsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov rusiyalı üçqat dünya çempionu Abdulrəşid Sadullayevlə yarışıb.İlk hissəni 0:3 hesabla uduzan Şərif, ikinci hissədən də 0:4 hesabla məğlub ayrılıb. O, gümüş medalla kifayətlənməli olub.

 

Xatırladaq ki, bundan əvvəl Cəbrayıl Həsənov da 79 kiloqram çəkidə gümüş medal qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti