“Qalatasaray” son dəqiqələrdə qələbəni əldən verdi - VİDEO

09:17 23 Sentyabr 2019

Türkiyə Super Liqasının 5-ci həftəsində “Qalatasaray” “Yeni Malatyaspor”un qonağı olub.

 

Sportarena.az xəbər verir ki, “Qalatasaray”ın rəqibi ilə oyunu 1:1 hesabı ilə sona çatıb. Sarı-qırmızıların yeganə qolunu matçın 23-cü dəqiqəsində Jan-Mişel Seri, “Yeni Malatyaspor”da isə 89-cu dəqiqədə Qilyerme vurub.

 

“Qalatasaray” növbəti həftə “Fənərbağça” ilə, “Yeni Malatyaspor” isə “Antalyaspor”la qarşılaşacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti