İtaliyada növbəti irqçilik - Oyun dayandırıldı

17:27 23 Sentyabr 2019

İtaliya A Seriyasının 4-cü turu çərçivəsində keçirilən “Atalanta” – “Fiorentina” oyununda fasilə yaranıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində “Fiorentina”nın oyunçusu Dalbertin əleyhinə yerli azarkeşlər tərəfində irqçi şüarlar səsləndirilib. Braziliyalı oyunçu bu haqda görüşün baş hakimi Daniele Orsatoya şikayət etdikdən sonra oyun 3 dəqiqəlik dayandırılıb.Stadionda irqçi davranışların dayandırılmasıyla bağlı anons edildikdən sonra görüş yenidən davam edib. Bundan əvvəl “Kalyari” – “İnter” matçında Romelu Lukakunun, “Verona” – “Milan” matçında isə Frank Kessinin əleyhinə irqçi şüarlar səsləndirilmişdi.

 

“Atalanta” – “Fiorentina” oyunu 2:2 hesabıyla başa çatıb.


Digər xəbərlər

Xəbər xətti