"Real" "Mançester Siti"nin ulduzuna göz dikib

15:12 24 Sentyabr 2019

"Real" "Mançester Siti"nin ulduzuna elçi düşüb.

 

Sportarena.az xəbər verir ki, "Kral Klubu" Rahim Sterlinqi heyətinə qatmaq istəyir. Futbolçunun özünün də Madrid klubunda oynamağa müsbət yanaşdığı deyilir. 

 

2015-ci ildə "Liverpul"dan "Mançester Siti"yə 63,7 milyon avroya transfer olunan Sterlinqin 2023-cü ilədək müqaviləsi var. Klub rəhbərliyi mövsümün sonunadək 24 yaşlı hücumçu ilə müqavilə müddətini uzatmaq istəyir.

 

Qeyd edək ki, cari mövsümdə 7 rəsmi oyuna çıxan Yamayka əsilli futbolçu 6 qol vurub. "Transfermarkt" ona 140 milyon avro qiymət qoyub.


Xəbər xətti