Çempionlar Liqasının növbəti 3 finalı bu şəhərlərdə keçiriləcək

00:35 25 Sentyabr 2019

Çempionlar Liqasının növbəti üç mövsümünün final oyunlarını qəbul edəcək stadionlar açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.Qərara əsasən, 2021-ci ildə ÇL-in finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki “Zenit” stadionunda baş tutacaq. Növbəti mövsümün finalı Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da keçiriləcək.

 

2023-cü ildəki finalın qalibi isə İngiltərə “Uembli” stadionunda bəlli olacaq.


Digər xəbərlər

Xəbər xətti