UEFA yeni turnirin adını açıqladı

02:49 25 Sentyabr 2019

UEFA 2021-ci ildən keçiriləcək üçüncü dərəcəli klub turnirinin adını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Konfrans Liqası adlanacaq turnirdə 32 komanda 8 qrup üzrə yarışacaq.Qrup liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü olan komanda ilə qarşılaşacaq.Konfranslar Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək. Turnirin oyunları cümə axşamları keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasında, digər üç təmsilçisi Avropa Liqası deyil, Konfrans Liqasında mübarizə aparacaq.


Xəbər xətti