Lionel Messi növbəti turu buraxa bilər

12:31 25 Sentyabr 2019

İspaniya La Liqasının 6-cı turunda “Vilyarreal” üzərində qələbə qazanan “Barselona” (2:1) kapitanı Lionel Messini yenidən itirib.

 

Sportarena.az xəbər verir ki, oyunun birinci hissəsində zədələnən argentinalı superulduz fasilədən sonra əvəzlənib.32 yaşlı hücumçu çempionatın növbəti turunu buraxmaq təhlükəsi ilə üzləşib. Hər şeyə bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək. Baş məşqçi Ernesto Valverde oyun zamanı sol bud əzələsində ağrılar hiss etdiyi üçün Leonu əvəzlədiyini söyləyib. O, kapitanın “Xetafe” ilə matça qədər sağalacağına ümid etsə də, onu riskə atmayacağını da vurğulayıb.

 

Qeyd edək ki, “Xetafe” – “Barselona” oyunu sentyabrın 28-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti