Mübariz Mənsimov "Beşiktaş"ın prezidenti olacaq?

Sportarena.az      26 Sentyabr 2018, 09:44

“Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbulun “Beşiktaş” klubuna prezident olacağına dair iddialar yayılıb.

 

Sportarena.az xəbər verir ki, “Beşiktaş” klubunda idarə heyətinin üzvü olan Mənsimov Türkiyədə fəaliyyət göstərən “Azərbaycan Kartalları” fan klubuna verdiyi açıqlamada bu iddialara münasibət bildirib.

 

“Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki “Beşiktaş” satışa çıxarılan mal deyil. Prezident olacağıma dair iddialar da var... Mən sadəcə, “Beşiktaş” azarkeşiyəm. Prezident olmaq kimi fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm”, - deyə Mənsimov haqqında çıxan iddiaları təkzib edib.

 

İstanbul təmsilçisinə 2012-ci ildən prezidentlik edən Fikrət Orman vəzifəsindən istefa verib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin