FİFA Salahın səslərini niyə qeydə almayıb?

Sportarena.az      27 Sentyabr 2018, 13:38

FIFA “Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salahın “The Best” mükafatında səslərinin nəzərə alınmamasının səbəblərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, qurum Misir Futbol Federasiyasının şikayətinə rəsmi cavab verib. Səsvermədə imzaların böyük hərflərlə yazılmasına görə, sənədlər etibarsız sayılıb. Bundan əlavə, sənədi Misir Futbol Federasiyanın baş katibinin imzalamadığı vurğulanıb.FIFA Misir Futbol Federasiyasından sənədlərin doğru doldurulması üçün avqustun 19-dək vaxtlarının olduğunu xatırladıqlarını qeyd edib.

 

FIFA-nın “The Best” mükafatını “Barselona”nın argentinalı hücumçusu Lionel Messi qazanıb.

 

Daha öncə Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç və Nikaraqua yığmasının kapitanı Xuan Barrera Messiyə səs vermədiklərini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin