“Milan” səfərdə məğlub oldu - VİDEO

14:00 27 Sentyabr 2019

İtaliya A seriyasında 5-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turun son oyununda "Torino" "Milan"ı qəbul edib.Qonaqlar fasiləyə 1:0 hesabıyla öndə yollansalar da, meydan sahibləri ikinci 45 dəqiqədə geridönüş edərək 2:1 hesablı qələbə qazanıb. "Torino"nun heyətində Andrea Belotti dubl edib, "Milan"dan isə Pyontek penaltidən fərqlənib.

 

Qeyd edək ki, bu nəticədən sonra "Milan" 6 xalla 13-cü pillədə qərarlaşıb. "Torino" isə 9 xalla 6-cıdır.

 

 


Digər xəbərlər

Xəbər xətti