Teymur Rəcəbov Dünya Kubokunun finalında

20:29 27 Sentyabr 2019

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin ikinci görüşləri oynanılıb.

 

Sportarena.az xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla üz-üzə gəlib.Şahmatçılar arasında ilk duel heç-heçə yekunlaşsa da, Rəcəbov ikinci görüşdə qalib gələrək Dünya Kubokunun finalına yüksəlib.


Xəbər xətti