FIFA bəyanat yaydı: "Saxtakarlıq olmayıb"

Sportarena.az      28 Sentyabr 2018, 18:07

FIFA ilin ən yaxşı futbolçusunun (The Best) seçimi zamanı səsvermədə saxtakarlıqlara yol verilməsi ilə bağlı iddialara münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, ali futbol qurumu bəyanat yayaraq bütün iddiaları təkzib edib: 

 

"Nominasiyaların hər biri üzrə səsvermə proseduru üçüncü tərəf təşkilatın (PwC) müstəqil nəzarəti altında idi. Səsvermə zamanı FIFA və PwC-nin öncədən müəyyən edilmiş qaydalarına uyğun davranılıb: bütün bülletenlər elektron və yazılı formada göndərilib. Həmin bülletenlər asossasiya nümayəndələri və səsvermə hüququ olan şəxslər tərəfindən imzalanıb. Üstəlik, hər bir sənəddə assosiasiyanın möhürü də yer alıb. FIFA və PwC öz növbəsində müəyyən edilmiş qaydada doldurulmuş və göndərilən bütün bülletenlərin səsvermədə sayıldığını təsdiqləyə bilər. Nəticələrin reallığına şübhə yoxdu. Buna baxmayaraq, hətta səsvermənin nəticəsinə təsir etməyən səhvlər də aşkarlansa, FIFA bunu araşdıracaq və lazım gəlsə, sanksiyalar tətbiq edəcək”.

 

Qeyd edək ki, FIFA 2019-cu ilin ən yaxşı futbolçusu mükafatını Lionel Messiyə verib. Lakin Nikaraqua millisinin kapitanı Xuan Barrera və Sudan millisinin baş məşqçisi Zdravko Loqaruşiç "Barselona"lı futbolçuya səs vermədiklərini açıqlayıblar. Bundan başqa Misir Futbol Federasiyası milli komandanın baş məşqçisi Xavyer Aqirre və kapitan Əhməd əl-Məhəmmədin "Liverpul"un ulduzu Məhəmməd Salaha verdiyi səslərin sayılmadığını elan edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin