İspaniya çempionatı: "Barselona" səfərdə iki qolla qalib gəldi

21:18 28 Sentyabr 2019

İspaniya La Liqasında VII turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, "Barselona" bu tur səfərdə "Hetafe" ilə üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə məğlub edib. Kataloniya klubundan qolları Suares və Firpo vurub. Bu qələbə ilə xalını 13-ə çatdıran Ernesto Valverdenin komandası turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Real" birinci, "Real Sosyedad" isə üçüncüdür.


Xəbər xətti