Azərbaycanlı hakimlər növbəti dəfə Avropa çempionatının seçmə mərhələ matçına təyinat aldı

Sportarena.az      30 Sentyabr 2018, 14:44

Azərbaycanlı hakimlər Rəhim Həsənov və Cəmil Quliyev növbəti dəfə 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələ matçına təyinat alıblar.

 

Sportarena.az xəbər verir ki, hər iki referi 4-cü qrupda keçiriləcək İsveç - Farer adaları qarşılaşmasında iş başında olacaqlar. Quliyev yan xətt hakimi, FIFA referisi Həsənov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.Həsənov bu qrupda daha öncə Farer adalarının Danimarkaya 1:6 hesabı ilə uduzduğu oyunu idarə edib. Həmin görüşdə Quliyev yan xətt hakimi olub.

 

Qeyd edək ki, İsveç - Farer adaları görüşü bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin