16 yaşlı futbolçu İspaniya millisində

15:19 30 Sentyabr 2019

İspaniyanın əsas milli komandasına 16 yaşlı futbolçu dəvət olunub.

 

Sportarena.az xəbər verir ki, "Barselona"nın gənc üzvü Ansu Fati baş məşqçi Robert Morenonun 40 nəfərlik genişləndirilmiş siyahısında yer alıb.

 

Qvineya-Bissau əsilli futbolçu bu yaxınlarda İspaniya pasportu alıb. O, ilk dəfə İspaniyanın A milli komandasına çağırılır. Fati bundan əvvəl Braziliyada keçiriləcək U-17-lərin dünya çempionatı üçün İspaniya yığmasının 50 nəfərlik ilkin heyətinə də daxil edilmişdi.

 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Fati bu mövsüm La Liqada 5 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında da bir oyuna çıxıb.


Xəbər xətti