"Qəbələ" Cənubi Kiprə 18 futbolçu ilə getdi

Sportarena.az      1 Oktyabr 2018, 11:03

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Kiprə yollanıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində APOEL-lə qarşılaşacaq “qırmızı-qaralar” bu gün günorta saatlarında Nikosiyaya çatıb. 

 

Famil Xəlilovun baş məşqçisi olduğu komanda günün ikinci yarısında Kiprdə ilk məşqinə çıxıb. Hazırlıq prosesində U-19-un səfərə yollanan 18 futbolçusu iştirak edib. Bunlar Vüsal Məsimov, Rüstəm Nuruyev, İdris İnqilablı, Fərid İsgəndərov, Nicat Oruclu, Nicat Əliyev, Təbriz İsazadə, Xəyal Muradov, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Müşfiq Nadirov, Əmrah Məmmədli, Veysəl Rzayev, Emil Səfərov, Samir Məhərrəmli, Rüfət Əhmədov, Nemət Şıxəmirov və Rauf Məhərrəmovdur.

 

Komanda sabah oyun öncəsi son məşqinə çıxacaq.

 

Tarixində 3-cü UEFA Gənclər Liqasında qüvvəsini sınayacaq “Qəbələ”nin APOEL-lə ilk oyunu oktyabrın 2-də baş tutacaq. Nikosiyanın “Makarion” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin