Teymur Rəcəbov Dünya Kubokunu qazanmaq şansını saxlayır

Sportarena.az      2 Oktyabr 2018, 12:21

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun finalında ikinci görüşündə uduzsa da, hələ də çempionluq şanslarını saxlayır. 

 

Sportarena.az xəbər verir ki, Rəcəbovla çinli Dinq Liren arasında daha iki oyun keçiriləcək.Final ümumilikdə 4 görüşdən ibarətdir. İlk qarşılaşma heç-heçə başa çatsa da, Teymur ikinci görüşdə rəqibinə təslim olub. Bununla da Liren ümumi hesabda üstünlüyü ələ alıb. Lakin hələ ki, Rəcəbov Dünya Kubokunu başı üzərinə qaldıra bilər. 

 

Bunun üçün o, 3-cü görüşdə rəqibinə uduzmamalıdır. Uduzacağı halda qrossmeysterimiz finalın məğlubu elan ediləcək. Qələbə və ya heç-heçə olsa, Rəcəbov 4-cü görüşdə bərabərliyi bərpa etmək şansını saxlayacaq. İstənilən halda Teymur qarşıdakı matçlardan birini qalib başa vurmalıdır. Digərində də uduzmamalıdır. 4 görüşdən sonra da tərəflər arasında bərabərlik qeydə alınsa, tay-breklərə müraciət olunacaq. 

 

Qeyd edək ki, tərəflər arasında 3-cü görüş bu gün baş tutacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin