"Qarabağ"la oyundan öncə "Düdelanj"ın futbolçularının butsları oğurlandı

Sportarena.az      3 Oktyabr 2018, 12:02

"Qarabağ" komandası ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçı ərəfəsində Lüksemburq "Düdelanj"ının bazasından oğurluq olub.

 

Sportarena.az xəbər verir ki, naməlum şəxslər sentyabrın 30-na keçən gecə paltardəyişmə otağından 27 cüt buts, eləcə də bir neçə futbolka, şort və digər idman aksessaurları aparıblar. Butların bir hissəsi xüsusi keyfiyyətə malik olub. Kluba ciddi ziyan dəyib. Polis oğruların yerini müəyyənləşdirmək üçün DNT izlərindən istifadə etməli olacaq.

 

"Düdelanj"ın prezidenti Romen Şumaxer oğurlanan butsların futbolçuların üçün böyük önəm kəsb etdiyini bildirib: "Rosport"la çempionat matçımızda bəzi oyunçularımızın xüsusi keyfiyyətli butsları yox idi. "Qarabağ"la qarşılaşmada isə bütün futbolçular belə ayaqqabılarda çıxış etməlidirlər".

 

Qeyd edək ki, bu gün Lüksemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.  ("Report")

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin