Teymur Rəcəbov finalın taleyini tay-brekə saxladı

16:24 3 Oktyabr 2019

Teymur Rəcəbov Dünya Kubokunun finalında çinli Dinq Lirenlə görüşünü başa vurub.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma heç-heçə başa çatıb.Bununla da tərəflər arasında bərabərlik davam edir.İndiyə qədər keçirilən 3 görüşdən 1-də Teymur, 1-də Liren qalib gəlmişdi. Digər matç isə heç-heçə başa çatmışdı.4 görüşdən sonra hesab bərabər olduğu üçün tərəflər tay-brek oynayacaqlar.

 

Sabah tərəflər tay-brekdə üz-üzə gələcəklər. 


Xəbər xətti