“Düdelanj”ı hansı cəza gözləyir?

09:00 4 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda baş verən insidentə görə meydan sahibləri cəzalanacaq.

 

Sportarena.az xəbər verir ki, UEFA Lüksemburq klubunun cəzasını yaxın günlərdə açıqlayacaq. Bəs, “Düdelanj”ı hansı cəza gözləyir? Qitə futbol qurumu lüksemburqluları cərimə etməklə yanaşı onlara 1 və ya 2 oyunluq azarkeşsiz matç oynamaq cəzası da verəcək. 

 

Siyasətin futbola qarışmasına daim “yox” deyən UEFA əksər hallarda bu cür sanksiyalar tətbiq edir. 


Digər xəbərlər

Xəbər xətti