“Qarabağ”a qarşı təxribatı onlar edib - FOTO

Sportarena.az      4 Oktyabr 2018, 09:25

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda təxribat törədən şəxslər müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, təxribatı Ermənistanın “First Armenian Front” fan klubu törədib.Həmin azarkeşlər Belçikadan Lüksemburq paytaxtına gələrək bunu ediblər. Məqsədləri də oyunun yarımçıq dayandırlmasına nail olmaq imiş.Fan-klub bununla bağlı sosial şəbəkələrdə paylaşım da edib. 

 

Xatırladaq ki, “Düdelanj” – “Qarabağ” matçının 31-ci dəqiqəsində Ağdam təmsilçisi 2:0 öndə olarkən stadionun üzərində dronla Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin “bayrağ”ı uçurulub. Buna görə, görüşdə fasilə yaranıb.

 

Bərpa olunan matç isə “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin