Qurban Qurbanov: "Nə qədər ucuz olduqlarını göstərirlər" - VİDEO

Sportarena.az      4 Oktyabr 2018, 16:00

Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun "Düdelanj" klubunu 4:1 hesabı ilə məğlub edən Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında erməni təxribatından da söz açıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi bunu qorxaqlıq adlandırıb:

 

"Əvvəlki hadisələrə heç fikir bildirmədən onların adını dilimə gətirmirdim. Həmişə belə halları qorxaqlıq adlandırıram. Azərbaycanlılar, qarabağlılar öz mədəniyyətlərini göstərməyə çalışır. İntizamlı olmağa çalışmışıq həmişə. Futbolçular hansı komandada olduqlarını bilir. Bu hərəkət qorxaqlıqdır. Mən fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram. Belə provakasiyaya getməməliyik. 15-20 dəqiqə oyun dayandı. Peşəkarlığı gözlədik, nizam-intizamı qorumağa çalışdıq. Uşaqlar paltardəyişmə otağında əsəbləşmişdi, pis olmuşdular. Onları oyuna kökləmək çətin idi. Sağ olsunlar, məni eşitdilər, meydanda peşəkar davrandılar. Bəlkə də, gələcəkdə belə hərəkətlər olacaq. Hər dəfə bunu etmək ucuzluqdur. Nə qədər ucuz olduqlarını göstərirlər".

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin