“Formula 1”in təqvimi təsdiqləndi

Sportarena.az      5 Oktyabr 2018, 11:13

“Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib.

 

Sportarena.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının avtomobil idmanı üzrə şurasının Almaniyanın Köln şəhərində baş tutan iclasında yekun qərar qəbul olunub.

 

Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək. Bu, paytaxtda reallaşacaq 5-ci “Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.

 

Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib.İlk test sürüşləri 19 – 21, ikincisi isə 26 – 28 fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək.

 

 

2020-ci il mövsümünün təqvimi:

15 mart - Avstraliya

22 mart - Bəhreyn

5 aprel - Vyetnam

19 aprel - Çin

3 may - Hollandiya

10 may - İspaniya

24 may - Monako

7 iyun - Azərbaycan

14 iyun - Kanada

28 iyun - Fransa

5 iyul - Avstriya

19 iyul - Böyük Britaniya

2 avqust - Macarıstan

30 avqust - Belçika

6 sentyabr - İtaliya

20 sentyabr - Sinqapur

27 sentyabr - Rusiya

11 oktyabr - Yaponiya

25 oktyabr - ABŞ

1 noyabr - Meksika

15 noyabr - Braziliya

29 noyabr - Abu-Dabi

 

Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin