"Qarabağ"ın legionerinin iki ürəyi var? - ŞOK XƏBƏR

Sportarena.az      5 Oktyabr 2018, 20:43

"Qarabağ"ın müdafiəçisi Faysal Rerrasla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.

 

Sportarena.az xəbər verir ki, mərakeşli futbolçu bu günlərdə Bakıda tibbi müayinədən keçərkən həkimlər onun 2 ürəyinin olmasını müəyyən ediblər.

 

Ağdam təmsilçisinə mövsümün əvvəlində Fransanın "Beziers" klubundan gələn 26 yaşlı futbolçu indiyədək oynadığı komandalarda dəfələrlə tibbi müayinədən keçsə də, bu, aşkarlanmamışdı.

 

Bakıdakı son müayinədən sonra məlum olub ki, Faysalın sol ürəyi sağdakına nisbətən daha yaxşı inkişaf edib.Ümumiyyətlə, 2 ürəyi olan insanlar digərlərinə nisbətən daha güclü və sağlam olurlar.

 

Amma bəzi antropoloqların fikirlərinə görə, bu cür adamlarda digərlərinə nisbətən ürək-damar xəstəliklərinin yaranması riski daha çoxdur. (Sportinfo.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin