Taekvondoçumuz İspaniyada bürünc medal qazandı

15:50 5 Oktyabr 2019

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində bürünc medal qazanıb.

 

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, qitə birinciliyində 51 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bolqarıstanlı, niderlandlı və serbiyalı idmançılara qalib gələrək yarımfinala adlayıb.

 

Yarımfinalda macarıstanlı taekvondoçuya uduzan S.Dadaşov yarışı bürünc medalla başa vurub.


Digər xəbərlər

Xəbər xətti