Ramil Şeydayevin baş məşqçisi qovuldu

22:09 5 Oktyabr 2019

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Dinamo” klubu baş məşqçisi Dmitri Xoxlovla yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Moskva klubun rəsmi saytı məlumat yayıb.Qərar bu gün “Dinamo”nun Rusiya Premyer Liqasının 12-ci turunda səfərdə “Orenburq”a məğlubiyyətindən (0:2) sonra klub rəhbərliyi tərəfindən verilib. Yaxın vaxtlarda komandaya yeni baş məşqçi təyin ediləcəyi bildirilib.


Qeyd edək ki, uğursuz mövsüm keçirən “Dinamo” hazırda 10 xalla 15-ci pillədə qərarlaşıb.  


Xəbər xətti