Rövşən Babayev: "Çalışacağıq ki, fasilədən sonra xallarımızı toplayaq"

Sportarena.az      7 Oktyabr 2018, 10:05

Azərbaycan Premyer Liqasında VII turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Rövşən Babayevin mətbuatt konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, Babayev jurnalistlərin suallarını cavablandırıb.

 

- Ruslan Abışovla Cavib İmamverdiyev niyə oynamırdı?
- Zədələri var idi. Cavid 10-15 gün oynamayacaq, Ruslan yaxın zamanda məşqlərə başlayacaq.

 

- Coşqun Diniyev əvəzlənməsindən narazı idi?
- Özü istəmişdi.

 

- Məğlubiyyətin səbəbi nə idi?
- Uşaqlara minnətdarıq ki, əzmkar oyun göstərdilər. Həftəboyu yaxşı işləmişdilər. Nə bacardılarsa, onu etdilər.

 

- “Qarabağ” dövrə ərzindəcəmi 1 qol buraxıb. Onlara qol vurmaq belə çətindi?
- Şanssızlıqdır səbəb. Bizim imkanlarımız oldu, yararlana bilmədik.

 

- Komanda sonuncudu. Buna görə də futbolçulara təşəkkür edirsiz?
- Yox. Bugünkü oyuna görə təşəkür etdim.

 

- Sonuncu olmağınızda səbəb nədi?
- Çalışacağıq ki, fasilədən sonra xallarımızı toplayaq. Səbəbi öz aramızda araşdıracağıq.

 

- Fasilədə baş məşqçi məsələsi həllini tapacaq?
- Bu, rəhbərliyə aid məsələdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin