“Lüksemburqda baş verənlər axmaqlıqdır” - "Qarabağ"ın hücumçusu

10:21 7 Oktyabr 2019

“Qarabağ”ın hücumçusu Maqaye Qeye Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. 

 

Sportarena.az xəbər verir ki, o,əvvəlcə matç barədə fikirlərini bildirib: “Deməzdim ki, darıxıdırıcı və bezdirici çempionat keçir. Rəqiblər “Qarabağ”a qarşı fərqli əhval-ruhiyyədə çıxır. Çətinliyi hiss edirik. Qalib gəlsək də, buna asanlıqla nail olmuruq. Düşünmürük ki, asan çempion olacağıq. Özünü məcbur etməsən, istəyinə nail ola bilməzsən. Büdrəsək, digər komandalar fürsətdən istifadə edib bizi qabaqlaya bilər”.

 

Forvard Lüksemburqda “Düdelanj”la matçda “Qarabağ”a qarşı baş verən təxribatdan da danışıb: “Baş verənləri sadəcə axmaqlıq adlandırardım. Nəzarət edilməlidir. Nə deyim? Belə şeylər qəbul edilməzdi”.


Digər xəbərlər

Xəbər xətti