“Zirə”də yubiley, Premyer Liqada ilk dəfə

Sportarena.az      7 Oktyabr 2018, 13:04

Azərbaycan Premyer Liqasının VII turu “Zirə”nin futbolçusu İlkin Muradov üçün ikiqat əlamətdar olub.

 

Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ” ilə ev matçı (1:1) 23 yaşlı yarımmüdafiəçinin “Qartallar”ın heyətində 50-ci oyun olub.2016/17 mövsümündə komandada debüt edən İlkin çempionatda 43, kubokda 7 qarşılaşmaya çıxıb. O, “Zirə”də 50 və daha çox matç keçirən 13-cü futbolçudur.

 

Muradov “Qəbələ”ylə görüşündəki yubileyini qolla qeyd edib. Bu, yarımmüdafiəçinin “Qartallar”ın ümumilikdə 2-ci topudur.

 

O, ilk dəfə 2018-ci il dekabrın 15-də “Səbail”lə Azərbaycan kubokunun matçında fərqlənmişdi. Zirə İdman Kompleksinin stadionunda vurulan son qol isə İlkinin Premyer Liqada ilk topu olub. O, "Zirə" tarixində yüksək dəstədə qol sevinci yaşayan 38-ci futbolçudur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin