Səlahət Ağayevin durumu ciddi deyil

14:30 7 Oktyabr 2019

Azərbaycan Premyer Liqasının VII turunda “Səbail”lə keçirilən oyunun (2:1) ilk hissəsində zədələnən "Neftçi"nin qapıçısı Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşün fasiləsində əvəzlənən qolkiperin durumu ciddi deyil.Tibbi baxışın nəticələrinə görə, milli komandamızın üzvü pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.

 

Qeyd edək ki, Səlahət Ağayev bu mövsüm 13 oyunun hamısında meydana çıxıb.


Xəbər xətti