Tellur Mütəllimov 60-a çatdı

Sportarena.az      7 Oktyabr 2018, 16:45

Tellur Mütəllimov “Zirə”də yubiley oyununu keçirib.

 

Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ” ilə Azərbaycan Premyer Liqasının 7-ci turunun ev qarşılaşması (1:1) 24 yaşlı yarımmüdafiəçinin “qartallar”ın heyətində 60-cı oyunu olub.

 

Tellur 54 dəfə çempionat, 6 dəfə kubok matçında meydana çıxıb. Bu qarşılaşmalarda 3 qola sevinən futbolçu bütün toplarını Premyer Liqada vurub.

 

2015/16 mövsümündə 17 (15 çempionat, 2 kubok), 2017/18 mövsümündə 11 (hamısı çempionat), 2018/19 mövsümündə 28 (çempionatda 24, kubokda 4) şans qazanan Mütəllimov cari çempionatda 4 matçın iştirakçısı olub.

 

Yarımmüdafiəçi “Zirə”nin tarixində ən çox oyun keçirən futbolçular siyahısında 9-cu pillədə yer alıb. İlk “onluq”da bu oyunçular qərarlaşıblar: Adil Nağıyev (103), Vüqar Mustafayev (89), Viktor İqbekoyi (88), Anar Nəzirov (86), Yovan Krneta (81), Təmkin Xəlilzadə (78), Vüsal İsgəndərli (68), Sadiq Quliyev (67), Tellur Mütəllimov (60), Aleksandr Şemonayev (57).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin