Mahir APOEL-lə oyunda meydana çıxa biləcək?

Sportarena.az      7 Oktyabr 2018, 17:00

Azərbaycan Premyer Liqasının VII turunda “Sabah”la keçirilən qarşılaşmada zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc oyunçu bu gün tibbi müayinədən keçib.Milli komandamızın üzvünün ayaq bağlarında dartınma olduğu aşkarlanıb. Onun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdi ki, Emreli Avropa Liqasının qrup mərhələsində APOEL-lə oktyabrın 24-də keçiriləcək matça yetişə bilər.

 

Qeyd edək ki, "Qarabağ" - "Sabah" oyunu ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin