Daha bir MMA döyüşçüsü vəfat etdi

12:39 8 Oktyabr 2019

Özbəkistandan olan MMA döyüşçüsü Bəyzad Nurmatov vəfat edib.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, o, oktyabrın 4-də Çeçenistanın paytaxtı Qroznıda keçirilən “Absolute Championship Akhmat 100” turnirində çıxış edib.O, rusiyalı Beslan İsayevlə görüşdə hakimlərin qərarı ilə məğlub elan olunub. Dünən isə idmançı ölüb. 28 yaşlı idmançının ölümünün səbəbi bilinmir.

 

Qeyd edək ki, Bəyzad Nurmatov MMA karyerasına 2016-cı ilin dekabrında başlayıb. O, əlbəyaxa döyüşdə dünya çempionu və Dünya Kubokunun sahibi sayılırdı.


Xəbər xətti