Rafael Ağayev: Peşəkar idmançılar yerə düşməlidirlər ki, yuxarının ləzzətini bilsinlər - VİDEO

Sportarena.az      8 Oktyabr 2018, 13:20

Dünya karatesinin ”Brilyant”ı Rafael Ağayev Rusiyada qələbədən sonra Bakıya dönüb.

 

Sportarena.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq hava limanında karateçimizi yaxınları və media nümayəndələri qarşılayıb.Rafael Ağayev “BakuTV”yə müsahibəsində bildirib ki, onun üçün bi il çətin keçib və buna görə son qələbəyə çox sevinib.

 

“Bu il mənim üçün önəmli idi. Çünki karate yay Olimpiya oyunlarına vəsiqə qazanıb. Və gələn il Tokioda çıxış etmək üçün biz hamımız lisenziya qazanmağa çalışırıq. İlin əvvəlindən 4 finalda məğlub olmuşdum və iki yarışda 3-cü olmuşdum. Bu mənim il ərzində ilk qızıl medalımdır və buna görə çox sevindim. Bütün xalqımıza, bütün insanlara demək istəyirəm ki, biz də robot deyilik, udub uduzmağı bacarmalıyıq. Professional idmançılar nə qədər yüksəkdə olsalar da yerə düşməlidirlər ki, yuxarının ləzzətini bilsinlər”, - deyə Rafael Ağayev vurğulayıb.  

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin