AFFA Premyer Liqa klublarının cəzalarını açıqladı

16:45 8 Oktyabr 2019

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turunda  baş verənlər müzakirə olunub.“Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 
“Neftçi” – “Səbail” matçında “Neftçi” və “Səbail"in 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaq komandanın futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Xəbər xətti