UEFA-dan azərbaycanlı hakimlərə yeni təyinat

Sportarena.az      9 Oktyabr 2019 , 12:55

FIFA referisi Əliyar Ağayev növbəti dəfə Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, o, Farer adalarının öz meydanında Rumıniya ilə qarşılaşacağı matçı idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. F qrupunda keçiriləcək Farer adaları - Rumıniya matçı oktyabrın 12-də olacaq.
 

Digər FİFA referimiz Rauf Cabbarov isə 21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının oyununa təyinat alıb. O, Estoniya və Latviya yığmaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Cabbarova Namiq Hüseynov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

 

Estoniya – Latviya matçı oktyabrın 11-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin