Azərbaycan millisi Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazandı - YENİLƏNİB

Sportarena.az      9 Oktyabr 2018, 22:33

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb. 

 

Sportarena.az xəbər verir ki, millimiz Bəhreyn yığması ilə üz-üzə gəlib.Bəhreyn Milli Stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 20:30-da start verilib.Oktyabrın 13-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Budapeştdə Macarıstanla qarşılaşacaq Nikola Yurçeviçin çalışdırdığı kollektiv Bəhreynə qalib gəlməklə rəsmi oyuna yaxşı əhvalla çıxmağı hədəfləyib. 

 

Azərbaycan və Bəhreyn milliləri indiyə qədər iki dəfə üz-üzə gəlib və millimizin qələbəsiylə başa çatıb. Komandamız bu rəqibini 2008-ci ildə Manamada 2:1, 2012-ci ildə isə Bakıda 3:0 hesabıyla üstələyib.

 

 

Yoxlama oyunu
9 oktyabr

20:30. Bəhreyn - Azərbaycan  2-3
Bəhreyn milli stadionu.

Azərbaycan: 12. Emil Balayev, 5. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov (K), 3. Şəhriyar Rəhimov, 20. Riçard Almeyda, 13. Eddi İsrafilov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 9. Ağabala Ramazanov, 16. Rüfət Dadaşov
 
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahrudin Maqomedaliyev, 7. Araz Abdullayev, 10. Namik Ələsgərov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 19. Təmkin Xəlilzadə, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin