"Zirə" yeni baş məşqçisini təqdim etdi - FOTOLAR

Sportarena.az      10 Oktyabr 2018, 19:11

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov bu gün komanda ilə görüşərək yeni baş məşqçi Zaur Həşimovu onlara təqdim edib.

 

Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, fəxri prezident Zaur Həşimovun daha əvvəl də "Zirə"də çalışdığını və onun məşqçilik bacarığına bələd olduğunu deyərək mütəxəssisə inamını ifadə edib.

 

O, komandanın futbolçu heyətinin də yüksək nəticələr qazanmaq üçün yetərli imkanlarının olduğunu deyib. Orxan Məmmədov həm yeni baş məşqçiyə, həm də ümumilikdə komandaya uğurlar arzulayaraq həmişə olduğu kimi onlara dəstəyini əsirgəməyəcəyini də əlavə edib.


Daha sonra çıxış edən Zaur Həşimov ona etimad göstərdiyinə görə fəxri prezidentə təşəkkür edib və bu etimadı doğrultmağa çalışacağını deyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin