Hacı Əliyevdən uğursuz çıxış

10:15 12 Oktyabr 2019

Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunmuş güləş turnirinə start verilib.

 

Sportarena.az xəbər verir ki, sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev (65 kq) yarışda uğursuzluqla üzləşib.3 qat dünya, 3 qat Avropa çempionumuz ilk görüşdə rusiyalı Nikolay İvanova 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda digər yerli idmançı Daşa Şarastepanova uduzub – 5:7. Rəqibi 1/4 finalda məğlub olduğu üçün Hacı çıxışını başa vurub.

 
28 yaşlı idmançı ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında da medal qazana bilməyib.


Digər xəbərlər

Xəbər xətti