"Barselona"dan Messiyə qeyri-adi müqavilə təklifi

Sportarena.az      12 Oktyabr 2018, 14:10

"Barselona" Lionel Messiyə yeni müqavilə təklif etmək niyyətindədi.

 

Sportarena.az xəbər verir ki, yeni anlaşma argentinalı ulduzun həm futbolçu, həm də ondan sonrakı karyerasını əhatə edəcək.Belə ki, Messinin klubla mövcud müqaviləsi 2021-ci ilin iyununda bitəcək. "Barselona" bu müddəti ən azı 2022-ci ilin yayınadək uzatmaq istəyir.

 

Kataloniyalılar həmçinin futbolçuya futboldan kənar 10 illik müqavilə təklif etmək niyyətindədi. Beləliklə, Messi karyerasını bitirdikdən sonra 10 il klubun brendinə aid ola bilər.

 

Qeyd edək ki, Messi 2005-ci ildən çıxış etdiyi "Barselona"da keçirdiyi 692 oyunda 604 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin