14 yaşlı şahmatçımız dünya çempionu oldu

Sportarena.az      12 Oktyabr 2018, 14:45

Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə keçirilən dünya çempionatının qalibi azərbaycanlı olub.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Aydın Süleymanlı hamını qabaqlayaraq birinciliyə yüksəlib.O, keçirdiyi 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz dünya çempionu olub.

 

"Qafqazinfo"ya açıqlama verən Aydın Süleymanlı təəssüratlarını bölüşüb: "Qalib gəldiyim üçün sevincliyəm. Sonuncu dəfə Dünya Çempionatı kubokunu Azərbaycana 2015-ci ildə gətirmişdilər. 4 ildən sonra onu Azərbaycana mən gətirdim. Bu ay başlayacaq olan 16 yaşlılar arasında Olimpiya Çempionatında iştirak edəcəm. İnanıram ki, Azərbaycana komandası uğurla çıxış edəcək".

 

Qeyd edək ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da bu uğuruna görə Aydın Süleymanlını təbrik edib. "Əsl ağsaqqal şahmatı göstərərək, bütün rəqiblərindən üstün oldu. Oyunlarını izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib oldu. Özü də harada-harada Hindistanda. Təbrik edirəm", - deyə "Şah" təbrikində bildirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin