Azərbaycanlı MMA döyüşçüsü Yaponiyada avstraliyalı rəqibini nokauta saldı - FOTOLAR + VİDEO

Sportarena.az      12 Oktyabr 2018, 16:00

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev (-71 kq) ardıcıl 12-ci qələbəsini qazanıb.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, o, Yaponiyanın Rizin Döyüş Federasiyasının təşkil etdiyi “Rizin-19” Qran-Prisində avstraliyalı Damyen Braunla qarşılaşıb.Osaka şəhərində rinqdə keçirilən döyüşdə idmançımız elə birinci raundda rəqibini məğlub edib. O, 4 dəqiqə 14 saniyəyə rəqibini küncə sıxışdıraraq sağ və sol yumruq zərbələri ilə yerə sərib.

 

Beləcə, hakim görüşü dayandıraraq qələbəni Tofiq Musayevə verib. Bu, 29 yaşlı Tofiqin 19 görüşdə 16-cı qələbəsi olub. 34 yaşlı Damyen Braun isə 32-ci döyüşündə 13-cü məğlubiyyəti ilə üzləşib.

 

Qeyd edək ki, Tofiq Musayevə bu qələbəyə görə kubok verilib. O isə ingiliscə çıxış edərək təşkilatçı ölkə Yaponiyaya təşəkkür edib. Bununla da Tofiq Musayev yüngül çəkidə turnirin qalibi olmaq üçün yarımfinala vəsiqə qazanıb. Onun yarımfinaldakı rəqibi yapon əsilli braziliyalı Roberto Satoshi Souzanı məğlub etmiş amerikalı Coni Keys olub.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin