Mübariz Mənsimov: “Xəzər Lənkəran” qayıdarsa, yenidən klubun prezidenti olaram”

14:28 16 Oktyabr 2019

"Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, "Xəzər Lənkəran"ın keçmiş prezidenti "Beşiktaş"ın rəhbəri olacağı barədə xəbərləri təkzib edib:

 

"İllərdir klubun idarə heyətinin üzvüyəm. Sözü keçən tərəfdarlarından biriyəm. Bu sözü deməkdən artıq yorulmuşam - mən heç vaxt “Palmali”dən başqa yerdə rəhbər olmayacam. Bir gün “Xəzər Lənkəran” qayıdarsa, yenidən onun başqanı olaram ki, qaldığım yerdən davam edim. “Beşiktaş”ın tərəfdarıyam, idarə heyətinin üzvüyəm. Sağ olsunlar, klubun ağsaqqalları gəlib başqanlığı təklif etdilər, qəbul etmədim. Buna sərf edəcək zamanım da yoxdur. Düzü, futbolu sevmirəm. Soruşsanız ki, bəs niyə “Beşiktaş”a azarkeşlik edirsən, cavabım sadədir. Rənglərini çox sevirəm. Amma beşiktaşlılar üzülməsinlər, özümü bu işdə görmürəm" (publika.az).


Xəbər xətti