“Traktor”un üzvü “Barış Pınarı” hərəkatına görə cəzalandı - FOTO

15:14 16 Oktyabr 2019

İran Futbol Federasiyası “Barış Pınarı”na dəstək olduğu üçün “Traktor”un üzvü Mehdi Bebrini cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, federasiya açıqlamasında Təbriz klubunun futbolçusu ilə bağlı bunları qeyd edib:“Traktor”un üzvü Mehdi Bebri idmanla əlaqəsi olmayan davranışına görə bir müddət futboldan uzaqlaşdırılıb".
 

Bebri “İnstagram”da hekayə bölümündə Türkiyə bayrağını paylaşmışdı. Onu buna görə təhqir edən “Sanat Naft Abadan”ın futbolçusu Şirvan Qurbani də futboldan kənarlaşdırılıb.Mehdi Bebri Türkiyə bayrağını paylaşdığı üçün çoxlu təhdidlər alıb.
 

Daha öncə Almaniyanın “Sankt-Pauli” klubunun futbolçu Cenk Şahin Türkiyə ordusunun Suriyada keçirdiyi “Pınar hərəkatı”na dəstək olduğu üçün klubdan göndərilmişdi. O, “Başakşəhər” klubunda məşqlərə başlayıb.



Digər xəbərlər

Xəbər xətti